EN

İstanbulda zəlzələ olub

İstanbulun Mərmərə sahilində 4 maqnitudalı zəlzələ olub.

“Ölkə.az” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin Bahçelievler rayonundan 23,63 km cənub-qərbdə – Mərmərə dənizində qeydə alınıb. Zəlzələnin ocağı 8,16 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatıladaq ki, aprelin 23-də İstanbulda güclü zəlzələ baş vermişdi.

Chosen
0
7
olke.az

10Sources