EN

Goranboyda qəza oldu - Xəsarət alan var

Goranboyda idarəetmədən çıxan minik maşını qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə Rəhimli kəndi yaxınlığından keçən magistral yolda baş verib. İdarəetmədən çıxaraq qəza törədən avtomobil yol kənarına düşüb. Qəza zamanı yaralanan bir nəfər Mərkəzi Xəstəxanaya çatdırılıb. Daha sonra isə o, rayondakı özəl klinikaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
0
9
unikal.az

10Sources