EN

Avropa İttifaqı silahlanmaq və Ukraynaya yardım üçün 150 milyard avro ayırır

Avropa İttifaqı Avropanı yenidən silahlandırmaq və Ukraynaya kömək etmək üçün Fondun yaradılmasını və 150 milyard avro ayrılmasına razılaşdırıb.

AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Avropalı diplomat agentliyə bildirib ki, Avropa İttifaqı ölkələri ümumilikdə 150 ​​milyard avro (168,3 milyard dollar) dəyərində SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) müdafiə fondunun yaradılması təşəbbüsünü bəyəniblər.

Mart ayında Avropa Komissiyası tərəfindən təklif edilən proqram müdafiə potensialının gücləndirilməsi və Avropanın müdafiə sənayesinin inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün Aİ ölkələrinə və tərəfdaşlarına, o cümlədən Ukraynaya birgə borc və kredit verilməsini nəzərdə tutur.

AzPost.az

Chosen
0
1
azpost.info

10Sources