AZ

Aİ Ukraynanı yenidən silahlandırmaq üçün 150 milyard avroluq fond yaradıb

Avropa İttifaqının (Aİ) paytaxtları silahları maliyyələşdirmək üçün 150 milyard avroluq kredit fondu yaratmaq üçün siyasi razılığa gəliblər.Missiya.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin mənbələri bildirirlər ki, mexanizm üzv ölkələrə Brüsseldən kredit götürməyə və ilk növbədə birgə sifarişlər vasitəsilə silah almaq üçün istifadə etməyə imkan verəcək. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi və Avropanı dəfələrlə öz müdafiəsini maliyyələşdirməyə çağıran ABŞ Prezidenti Donald Trampın təzyiqi nəticəsində Aİ üçün tarixi addımdır.

Həmin təşəbbüs ilin əvvəlində Avropa Komissiyası tərəfindən irəli sürülüb. Bazar ertəsi səhər blok ölkələri fondun parametrləri ilə bağlı ilkin razılığa gəliblər. Rəsmi təsdiqi çərşənbə günü gözlənilir.Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
34
missiya.az

10Mənbələr