EN

Bu çaylarda suyun səviyyəsi artdı

Böyük Qafqaz ərazisindən axan Qusarçayda 12 sm, Qudiyalçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm, Oxçuçayda 8 sm, Tərtərçay-Kəlbəcərdə 7 sm, Tərtərçay-Vəngdə 5 sm artım qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, transsərhəd çayı olan Qanıx-Cəlayir məntəqəsində sululuq 7 sm artaraq su sərfi 392 m3/san olmaqla normanın 193%-ni təşkil edib.

"Cebheinfo.az" 

Chosen
0
49
cebheinfo.az

10Sources