EN

FHN Şabrandakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

​BAKI, 18 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "AzSamand" markalı minik avtomobili və “Renault” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Chosen
0
12
teleqraf.com

10Sources