EN

ABŞ dövlət katibi: Vaşinqton yaxın günlərdə Ukrayna üzrə irəliləyişə nail olmaq istəyir

ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı sonsuz danışıqlarda iştirak etmək niyyətində deyil, Vaşinqton yaxın bir neçə gün ərzində real irəliləyişə nail olmağa çalışır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində bildirib.

“İrəliləyiş və konkret addımlar vacibdir. Əgər yaxın günlərdə hər iki tərəfin güzəştə getdiyini və realist, rasional yanaşma sərgilədiyini göstərən birgə hazırlanmış sənəd təqdim olunarsa, biz bu prosesdə gələcək iştirakımıza müsbət yanaşacağıq. Lakin əgər nəticə məhsuldar olmazsa, bu vəziyyəti fərqli qiymətləndirəcəyik”, – deyə Rubio vurğulayıb.

Chosen
0
40
nocomment.az

10Sources