EN

500 evsiz Madridin əsas hava limanını zəbt edib

İspaniyanın Madrid şəhərinin əsas hava limanında məskunlaşan evsizlərin sayı 500-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Mail” (DM) qəzeti yazıb.

“İqtidarın “icazəsiz yolçular” adlandırdığı şəxslərin sayı hava limanında təxminən 50-dən, demək olar, 500 nəfərədək artıb”, – məqalədə qeyd olunub.

Nəticədə binanın bir neçə zonasında taxtabitilərə qarşı dezinfeksiya işləri aparılmalı olub.

“Bu, fəlakət zonasına bənzəyir”, – nəşr Madrid hava limanında gördüklərindən təsirlənən turistlərdən birinin sözlərini gətirib.

Məqalədə vurğulanıb ki, limanda lövbər salanlar arasında psixi pozğunluqları, alkoqol və qadağan olunmuş maddələrlə problemləri olan evsiz insanlar var. Onlar bütün mərtəbələrdə müxtəlif sahələrdə yerləşiblər, o cümlədən tualet girişlərini bağlayır və restoran masalarını tuturlar.

Materialda bildirilib ki, evsizlər sərnişinlərin və hava limanı işçilərinin təhlükəsizliyinə təhdid yarada bilərlər: onlarda bıçaqlar və digər silah növləri tapılıb, həmçinin oğurluq edərkən yaxalanıblar.

Chosen
0
10
bakivaxti.az

10Sources