EN

PKK-nın tərksilah olunmasını diqqətlə izləyəcəyik –Ərdoğan

Türkiyə hökuməti qadağan olunmuş və terrorçu təşkilat kimi tanınan Kürdistan Fəhlə Partiyasının (PKK) özünü ləğv etməsi və döyüşçülərinin tərksilah edilməsi ilə bağlı qərarının icrasını diqqətlə izləyəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Terror təşkilatı tam olaraq silahları yerə qoymalıdır, ləğv olunma ilə bağlı qərar tam yerinə yetirilməlidir. Biz qəbul olunmuş qərarların icrasını diqqətli izləyəcəyik”, – Ərdoğan vurğulayıb.

Chosen
0
3
azpost.info

10Sources