AZ

PKK-nın tərksilah olunması ilə bağlı qərarının icrasını diqqətlə izləyəcəyik - Ərdoğan

Bakı.Trend:

Türkiyə hökuməti qadağan olunmuş və terrorçu təşkilat kimitanınan Kürdistan Fəhlə Partiyasının (PKK) özünü ləğv etməsi vədöyüşçülərinin tərksilah edilməsi ilə bağlı qərarının icrasınıdiqqətlə izləyəcək.

Trend türkKİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti RəcəbTayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Terror təşkilatı tam olaraq silahları yerə qoymalıdır, ləğvolunma ilə bağlı qərar tam yerinə yetirilməlidir. Biz qəbul olunmuşqərarların icrasını diqqətli izləyəcəyik”, - Ərdoğanvurğulayıb.

O bildirib ki, təkcə ölkənin yox bütün regionun sülh və rifahşəraitində olmasını istəyir.

Xatırladaq ki, bu yaxınlarda PKK rəhbərliyi təşkilatın ləğvolunduğunu, Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını vəbundan sonra yalnız siyasi yollarla mübarizə aparacaqlarınıbildiriblər.

Məqalədə:
Seçilən
0
5
az.trend.az

10Mənbələr