BAKI, 17 may. TELEQRAF
İsrail Müdafiə Ordusunun Baş Qərargahının Operativ Əməliyyatlar İdarəsinin istefaya gedən rəisi general-mayor Oded Basiuk bu həftə Bakıya səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
Qəzet İsrail ordusunun bu barədə mətbuatda gedən xəbərləri təsdiq etdiyini bildirib. Verilən məlumata görə generalın Türkiyə rəsmiləri ilə görüşündə Suriya ilə bağlı təhlükəsizlik məsələlərini koordinasiya etdiyi qeyd olunur. Ordu Basiukun Suriya nümayəndələri ilə görüşmədiyini də vurğulayıb.
Qeyd edək ki, mayın 14-də ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əl-Şəraa ilə görüşü zamanı ondan İsraillə münasibətləri normallaşdırmağı tələb etmişdi.