EN

Ukrayna XİN: Rusiya nümayəndə heyəti qəbuledilməz fikirlər səsləndirdi

İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyəti həqiqətən də Ukrayna üçün qəbuledilməz olan bir sıra fikirlər səsləndirdi.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbulda keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib.

“Rusiya nümayəndə heyəti qəbuledilməz hesab etdiyimiz bir sıra fikirlər səsləndirdi. İnanın, 2014-cü ildən bəri ruslarla hər cür danışıqlarda böyük təcrübəmiz var. Çoxlu raundlar olub, ona görə də, deyərdim ki, Ukrayna nümayəndə heyəti o tərəfdən səsləndirilə biləcək hər şeyə necə cavab verməli olduğunu yaxşı bilir”, - o deyib.

Tixiyin sözlərinə görə, Ukrayna nümayəndə heyəti prinsipial mövqe nümayiş etdirərək və öz xəttinə sadiq qalaraq bu təkliflərə sakit reaksiya verib.
Chosen
0
9
sherg.az

10Sources