Ağstafa, 16 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı - Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.