EN

“Formula 1” yarışları “Sea Breeze”də keçirilə bilər

“Formula 1″in Azərbaycan mərhələsi “Sea Breeze” kurortunun bir hissəsi kimi yaradılacaq od formasında olan süni adaya köçürülə bilər.

7Times.az xəbər verir ki, bunu azərbaycanlı iş adamı Emin Ağalarov “Rusiya – İslam Dünyası: Kazanforum 2025” Beynəlxalq İqtisadi Forumunda deyib.

O qeyd edib ki, od şəklində olan ada layihə çərçivəsində yaradılacaq ikinci süni ada olacaq.

Onlardan birincisi, aypara şəklindədir və artıq iş gedir.

Emin Ağalarovun sözlərinə görə, marşrut xəttinin dəyişdirilməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək.

Chosen
0
10
7times.az

10Sources