AZ

"Formula 1" Bakıdan çıxarılır?

"Formula 1"in Azərbaycan Qran-Prisinin Bakının mərkəzindən çıxarılacağı və "Sea Breeze"də keçiriləcəyi barədə ötən ilin noyabrın 15-də məlumat vermişdik.

ONN media xəbər verir ki, cəmi 6 ay sonra bu xəbər təsdiqini tapıb.
"Unikal"ın məlumatına görə, azərbaycanlı iş adamı Emin Ağalarov "Rusiya - İslam Dünyası: Kazanforum 2025" Beynəlxalq İqtisadi Forumunda Rusiya Baş nazirinin müavini Marat Xusnullinə layihənin təqdimatı zamanı Azərbaycan Qran-Prisinin "Sea Breeze" kurortunun bir hissəsi kimi yaradılacaq od formasında olan süni adaya köçürülə biləcəyini deyib. "Bu ideya Azərbaycan Prezidenti tərəfindən dəstəklənir", - deyə Emin Ağalarov qeyd edib.
Ağalarov qeyd edib ki, od şəklində olan ada layihə çərçivəsində yaradılacaq ikinci süni ada olacaq. Onlardan birincisi aypara şəklindədir və artıq iş gedir.
İş adamının sözlərinə görə, marşrut xəttinin dəyişdirilməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək// publika
Seçilən
0
10
onn.az

10Mənbələr