EN

"Formula 1" "Sea Breeze"dəki süni adada keçiriləcək - VİDEO

"Formula 1"in Azərbaycan mərhələsi "Sea Breeze" kurortunun bir hissəsi kimi yaradılacaq od şəklində süni adaya köçürülə bilər.

İdman.biz "Unikal"a istinadən xəbər verir ki, bunu azərbaycanlı iş adamı Emin Ağalarov "Rusiya - İslam Dünyası: Kazanforum 2025" Beynəlxalq İqtisadi Forumunda Rusiya Baş nazirinin müavini Marat Xusnullinə layihənin təqdimatı zamanı deyib.

"Bu ideya Azərbaycan Prezidenti tərəfindən dəstəklənir", - deyə Emin Ağalarov qeyd edib.

Ağalarov qeyd edib ki, od şəklində olan ada layihə çərçivəsində yaradılacaq ikinci süni ada olacaq. Onlardan birincisi, aypara şəklindədir və artıq iş gedir.

İş adamının sözlərinə görə, marşrut xəttinin dəyişdirilməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək.

Qeyd edək ki, Bakı "Formula 1" yarışlarına 2017-ci ildən ev sahibliyi etməyə başlayıb.

İdman.biz

Chosen
0
10
idman.biz

10Sources