EN

Deputat istilik təchizatının özəlləşdirilməsini təklif etdi

“Bizdə istilik təchizatı sahəsi özəlləşdirilməlidir, beynəlxalq təcrübə də göstərir ki, özəlləşməyə getmədən bu sahədə uğura nail olmaq çətin olur”.

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bizdə istiliyin verilməsi konkret günlə müəyyənləşir: “Amma istilik havanın temperaturundan asılı olaraq verilməlidir. Bu həm də xeyli mənada ziyan vurur. İstilik verilən evlərin çoxu 9 mərtəbə panel evlərdir. Havanın soyuması ilə o evlər dərhal soyuyur. Növbəti təklifim ondan ibarətdir ki, vətəndaşlarla imzalanan müqavilələrin nümunəvi forması bu qanuna əlavə olunmalıdır”.

Chosen
0
39
modern.az

10Sources