EN

Emin Ağalarov Publika.az-ın xəbərini təsdiqlədi: "Formula 1" Bakıdan çıxarılır

"Formula 1"in Azərbaycan Qran-Prisinin Bakının mərkəzindən çıxarılacağı və "Sea Breeze"də keçiriləcəyi barədə ötən ilin noyabrın 15-də məlumat vermişdik.

Publika.az xəbər verir ki, cəmi 6 ay sonra bu xəbər təsdiqini tapıb.

"Unikal"ın məlumatına görə, azərbaycanlı iş adamı Emin Ağalarov "Rusiya - İslam Dünyası: Kazanforum 2025" Beynəlxalq İqtisadi Forumunda Rusiya Baş nazirinin müavini Marat Xusnullinə layihənin təqdimatı zamanı Azərbaycan Qran-Prisinin "Sea Breeze" kurortunun bir hissəsi kimi yaradılacaq od formasında olan süni adaya köçürülə biləcəyini deyib. "Bu ideya Azərbaycan Prezidenti tərəfindən dəstəklənir", - deyə Emin Ağalarov qeyd edib.

Ağalarov qeyd edib ki, od şəklində olan ada layihə çərçivəsində yaradılacaq ikinci süni ada olacaq. Onlardan birincisi aypara şəklindədir və artıq iş gedir.

Chosen
0
10
publika.az

10Sources