EN

Türkiyədən Qazaxıstana mebel ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Qazaxıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,5 faiz azalaraq, 4 milyon 155 min 88 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qazaxıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz aza, 16 milyon 844 min 99 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 2 milyard 509 milyon 953 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 622 milyon 143 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 6,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 7 milyard 890 milyon 410 min dollar məbləğində mebel ixrac edib.

Chosen
0
17
turkic.world

10Sources