Bakı. Trend:
Türkiyə 2025-cü ilin aprel ayında Qırğızıstana avtomobilixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz artaraq,3 milyon 186 min 87 dollara çatdırıb.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindənməlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qırğızıstanaavtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 faizazalaraq, 10 milyon 286 min 95 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyəninavtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faizartaraq, 12 milyard 635 milyon 489 min dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 3 milyard 145 milyon 722 mindollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin martayı ilə müqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025)Türkiyə 37 milyard 970 milyon 141 min dollar məbləğində avtomobilixrac edib.