Almaniya kansleri Fridrix Mertz bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə ZDF telekanalına müsahibəsində deyib.
“Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb”, - kansler qeyd edib.
Eyni zamanda, Almaniya hökumətinin başçısı sanksiyaların dərhal qüvvəyə minəcəyini vurğulayıb.
“Onlar (red. - məhdudiyyətlər) hazırdır, qüvvəyə minir və növbəti sanksiya paketi hazırlanır”.