EN

Rubio: ABŞ nümayəndəsi İstanbulda Rusiya və Ukrayna danışıqlarında iştirak edəcək

Amerika administrasiyasının nümayəndəsi İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarda iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Antalyada jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Cümə günü keçirilməsi planlaşdırılan danışıqların formatı ilə bağlı suala cavab olaraq Rubio “Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukrayna nümayəndə heyəti ilə” İstanbulda görüşəcəyini söyləyib.

“Mən onlarla görüşəcəyəm. Komandamızdan kimsə Rusiya ilə danışıqlarda iştirak edəcək. Onlar daha aşağı səviyyəli bir qrup göndəriblər”, – Rubio deyib.

“Ümid edirəm ki, bu danışıqlar Ukrayna və Rusiya arasında türkiyəli həmkarlarımızın, eləcə də komandamızın müvafiq səviyyədə hər hansı nümayəndəsinin və ya üzvlərinin iştirakı ilə keçiriləcək”, – ABŞ dövlət katibi əlavə edib.

Chosen
0
50
report.az

10Sources