EN

"Barselona" İspaniya çempionu oldu

"Barselona" yarışın 36-cı turunda səfərdə "Espanyol"a qalib gələrək (0:2) 2024/2025 mövsümü üçün İspaniya çempionu olub.

"Unikal" xəbər verir ki, Hans Flikin yetirmələrinin La Liqada 36 matçdan sonra 85 xalı var və finala iki tur qalmış ən yaxın rəqibi "Real Madrid"i 7 xal qabaqlayır.

Beləliklə, Karlo Ançelottinin komandasının "Barselona"nı ötmək üçün heç bir riyazi şansı yoxdur.

Qeyd edək ki, bu, “Barselona”nın 28-ci çempionluğudur.

Ağarza Elçinoğlu

Chosen
0
50
unikal.az

10Sources