Vaşinqtonda ABŞ ordusunun yaranmasının 250 illiyi və ölkə prezidenti Donald Trampın 79-cu ildönümünə təsadüf edən hərbi parad büdcəyə 25-45 milyon dollara başa gələcək.
Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Tədbir iyunun 14-də baş tutacaq və 6600 hərbçi, 50 təyyarə və 150 yerüstü texnika, o cümlədən iki onlarla M1 Abrams tankı iştirak edəcək. Agentliyin qeyd etdiyi kimi, logistika və təhlükəsizlik hesabına yekun məbləğ 45 milyon dollara çata bilər.
Paradın Vaşinqtondakı "National Mall"da keçirilməsi planlaşdırılır. /unikal.az
Telegram kanalımız