EN

NATO o qədər güclü olmalıdır ki... - Mark Rutte

NATO-nun baş katibi Mark Rutte üzv ölkələrin xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü zamanı alyansı “daha ​​öldürücü” hala gətirməyə çağırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

"Xarici işlər nazirləri NATO-nun daha ölümcül olmasını təmin etməlidirlər", - TASS onun sözlərindən sitat gətirib.

Baş katib vurğulayıb ki, alyans o qədər güclü olmalıdır ki, heç kim ona hücum etməyə cürət etməsin. Rutte üzv dövlətləri bu məqsədə çatmaq üçün müdafiə xərclərini artırmağa çağırıb.

“Biz NATO-nu necə gücləndirəcəyimizi müzakirə etməliyik - daha çox müdafiə xərcləri, daha çox hərbi sənaye istehsalı”, - deyə, o, qeyd edib deyib.

Chosen
0
3
ikisahil.az

10Sources