EN

"Kılıç" illər sonra... - FOTOLAR

“Kurtlar Vadisi” serialındakı “Kılıç bəy” obrazı ilə yaddaşlarımıza həkk olunan aktyor Atilla Olgaç ötən gün Nişantaşıda qızı ilə kameralara tuş gəlib.

"Unikal" xəbər verir ki, ustad aktyor son görünüşü ilə görənləri təəccübləndirib.

Jurnalistlərin "Kurtlar Vadisi" ilə bağlı suallarını cavablandıran Olgaç, "İnsanlar bunu necə qəbul etdi, bilmirəm. 20 il keçdi, təkcə burada deyil, xaricdə də məni "Kılıç" obrazı ilə tanıyırlar", - deyib. 

Qeyd edək ki,  bir zamanlar ən reytinqli serial olan "Kurtlar Vadisi"ndə Necati Şaşmaz,  Oktay Kaynarca və Zafer Engin kimi məşhurlar yer alıb. 

Chosen
0
50
unikal.az

10Sources