EN

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ BAŞ VERDİ

Mayın 15-də Pirqulu stansiyasından 15 km şimalda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən News365.az-a verilən məlumata görə, yerli vaxtla saat 03:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-yə bərabər olub. 

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Chosen
0
37
news365.az

10Sources