EN

Rusiya Sumıda sənaye infrastrukturu obyektini vurdu, xəsarət alanlar var

Rusiya qoşunları mayın 14-də günorta saatlarında Sumıya hücum edib. İşğalçılar sənaye infrastrukturu obyektinə zərbələr endirib, xəsarət alanlar var.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə  Sumı meri Artyom Kobzar və Sumı hərbi administrsiyası məlumat yayıb.

"Şəhərdə indi eşidilən partlayış sənaye infrastrukturu obyektinə edilən zərbənin nəticəsidir", - Kobzar deyib.

Onun sözlərinə görə, əlavə məlumat daha sonra veriləcək.

Hərbi administrasiyanın verdiyi məlumata görə, düşmən Sumı icmasının ərazisindəki sənaye infrastrukturu obyektinə raket zərbəsi endirib. İlkin məlumata görə, xəsarət alanlar var.

Zərbənin fəsadları araşdırılır. Hadisə yerində müvafiq xidmətlər çalışır.

QAZİLER.AZ

 

Chosen
0
42
qaziler.az

10Sources