EN

Kreml rəsmən açıqladı- İstanbulda gözləyirik!

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda Ukrayna tərəfini gözləyəcək.
ONN media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Həqiqətən də, Rusiya nümayəndə heyəti mayın 15-də, cümə axşamı, yəni sabah Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək”, – Peskov jurnalistlərə bildirib.
Eyni zamanda, Kreml İstanbulda danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini hələlik açıqlamayıb.
"Xeyr, bununla bağlı heç nə dəyişməyib. Biz bunu prezidentdən müvafiq göstəriş alanda edəcəyik. Hələlik belə bir göstəriş olmayıb", - Rusiya liderinin mətbuat katibi izah edib
Chosen
0
1
onn.az

10Sources