EN

Rusiya nümayəndə heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək - Kreml

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin İstanbuldakı sülh danışıqları ilə bağlı açıqlamalarının əsaslı olduğunu bildirərək, "Rusiya heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək" deyib. 
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edərkən bunları deyib. 

Peskov nümayəndə heyətinin tərkibi ilə bağlı sualı cavablandırmayıb: 

"Prezidentdən bu məsələ ilə bağlı göstəriş alanda açıqlayacağıq. Hələlik belə bir göstəriş yoxdur. Putinin mayın 11-də verdiyi açıqlamalar qüvvədə qalır. Rusiya nümayəndə heyəti sabah İstanbulda Ukrayna nümayəndə heyətini gözləyəcək".

Səid,

Sitat.info

Chosen
0
7
sitat.info

10Sources