Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib...
Bu barədə Poliqon-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1986, 1990 və 2017-ci il təvəllüdlü şəxslərə dəm qazının toksik təsiri diaqnozu təyin edilib və onların hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.
***
Daşkəsəndə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Oxu.Az xəbər verir ki, 39 yaşlı Elvin Əliyev, onun həyat yoldaşı 35 yaşlı Aygün Əliyeva və 8 yaşlı övladları yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info