Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Birinci Liqa və İkinci Liqa ilə bağlı qərarlar qəbul olunub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 34-cü tur
“Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” 500 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Gəncə klubu 1000 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 1500 manat cərimə edilib. Oyunun 89-cu dəqiqəsində “Sumqayıt”ın oyunçusu Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Sumqayıt” buna görə 3000 manat cərimə ödəyəcək. Sınaq müddəti 3 ay təyin edilib. Oyunun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 6 nömrəli oyunçusu Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Sumqayıt” buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Birinci Liqa, 25-ci tur
“Qaradağ Lökbatan” – “Difai” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Lökbatan klubu 70 manat cərimə edilib.
“Mingəçevir” – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” 70 manat cərimə edilib.
İkinci Liqa, 25-ci tur
“Şahdağ Qusar” – “Qusar” oyununda “Şahdağ Qusar”da 7 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” 70 manat cərimə edilib. “Qusar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyun “Qusar”ın meydançaya gec çıxması səbəbindən gec başladığı üçün sözügedən komanda 150 manat cərimə edilib.
“Göygöl” – “Kür-Araz” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Göygöl” 80 manat cərimə edilib. Oyunun matçöncəsi iclasına polis nümayəndəsi gec gəldiyinə görə “Göygöl” 40 manat cərimə edilib.
“Lerik” – “Şəmkir” oyununda “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” 150 manat cərimə edilib.
“Ağdaş” – “Dinamo” oyununun 88-ci dəqiqəsində “Dinamo”nun futbolçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, komandası 200 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Dinamo”nun futbolçusu Əkbər Səfərzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Dinamo” 50 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Ağdaş”ın futbolçusu Səbuhi Ağayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Ağdaş” komandası buna görə 300 manat cərimə edilib. Oyunun 90-cı dəqiqəsində “Ağdaş”ın azarkeşləri tərəfindən kütləvi şəkildə intizamsızlıq edildiyinə görə sözügedən klub 400 manat cərimə edilib. “Ağdaş”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Ağdaş”a xəbərdarlıq edilib.
“Hypers Quba” – “Şimal” oyununda “Şimal”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” 70 manat cərimə edilib. “Hypers Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Quba komandası 150 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Quba komandası 80 manat cərimə edilib.
“Şəki Siti” – “Araz Saatlı” oyununda “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün Şəki komandası 70 manat cərimə edilib. “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 34-cü tur
“Sabah-2” – “Şamaxı-2” oyununda “Sabah”ın oyunçusu Rəvan Mirzəmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Sabah” buna görə 100 manat cərimə edilib. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib. “Turan Tovuz”un futbolçusu Cavid Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komandası 300 manat cərimə edilib. “Turan Tovuz”un futbolçusu İsmayıl İsmayılov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Tovuz komandası buna görə 150 manat cərimə edilib. “Turan Tovuz”un futbolçusu Fərid Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Tovuz komandası buna görə 50 manat cərimə edilib. “Turan Tovuz”da 3 futbolçu qırmızı vərəqə aldığı üçün sözügedən klub 300 manat cərimə edilib. Oyun bitdikdən sonra “Turan Tovuz”un məşqçisi Ruslan Məmmədov hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb. Tovuz komandası 400 manat cərimə edilib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt komandası 70 manat cərimə edilib.
“Səbail-2” – “Zirə-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”da 6 nəfər sarı vərəqə aldığı üçün Sumqayıt komandası 70 manat cərimə edilib. Oyunun 39-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Nemət Musayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Gəncə komandası buna görə 300 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Gəncə komandasına xəbərdarlıq edilib.
“Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununun 1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Hacı İbrahim rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Ağdam komandası buna görə 100 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qarabağ”ın futbolçusu Nihad Mollayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Ağdam komandası buna görə 200 manat cərimə edilib. Oyunun 65-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Amin Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Naxçıvan komandası buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Araz-Naxçıvan”ın futbolçusu Fərid Tağıyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Araz-Naxçıvan” buna görə 200 manat cərimə edilib.
AFFA “Zaqatala”ya texniki məğlubiyyət verdi
AFFA Region Liqasının “Göyəzən” FK – “Şirvan” FK oyununda “Şirvan”ın futbolçusu Yusif Rufullazadə qarşılaşmanın 82-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
AFFA Gənclər Liqasının “Kəpəz” PFK – “Səbail” PFK oyununda “Kəpəz”in futbolçusu Nihad İsaqov qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Eyni dəqiqədə “Səbail”in futbolçusu Murad Muradzadə də təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
AFFA Gənclər Liqasının “Sumqayıt” FK – “Sabah” FK oyunu bitdikdən sonra “Sumqayıt”ın futbolçusu Rəvan Məşiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 4 oyun cəzalanıb.
AFFA U-17 Qızlar Liqasının “Zaqatala” PFK – “Şəfa” FK oyunu “Zaqatala”nın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Zaqatala”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA-nın yaydığı açıqlamada o da qeyd olunur ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.