EN

Makron: Rusiya atəşi dayandırmasa, yeni sanksiyalar tətbiq olunacaq – ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya qeyd-şərtsiz atəşi dayandırmağa razılaşmasa, ona qarşı yeni sanksiyalar tətbiq olunacaq. 

Olaylar,az xəbər verir ki, bu barədə Makron TF1 telekanalına verdiyi müsahibədə danışıb, xəbər Ukrayna KİV-lərində yer alıb.

Makron bildirib ki, Fransa və ümumilikdə Avropa dövlətlərinin əsas məqsədi "quru, hava və dənizdə atəşin dayandırılmasıdır ki, ərazi məsələləri və təhlükəsizlik təminatları müzakirə oluna bilsin".

"Əgər Rusiya yaxın günlərdə atəşi dayandırmağa razılaşmasa, biz yeni sanksiyalar tətbiq etməyə hazırıq", - deyə Fransa prezidenti qeyd edib.

Onun sözlərinə görə, Avropa dövlətləri sanksiya tədbirlərini birgə şəkildə koordinasiya edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
22
olaylar.az

10Sources