AZ

Makron döyüş bitdikdən sonra Putinlə danışıqlara hazırdır

Fransa prezidenti Emmanuel Makron atəşkəs əldə edildikdən sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə Fransa lideri TF1 telekanalına müsahibəsində bildirib.

"Putinlə dialoq lazımdır", Makron hərbi əməliyyatların dayandırıldığı təqdirdə Rusiya lideri ilə danışıqların mümkünlüyü barədə sualı cavablandırarkən vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynada atəşkəslə razılaşmadığı təqdirdə Avropa ölkələrinin yeni sanksiyalarının mümkünlüyünü şərh edib. O vurğulayıb ki, Rusiyaya münasibətdə ultimatum dilinin işlədilməsi yolverilməzdir.

Poliqon.info 

Seçilən
0
22
poliqon.info

10Mənbələr