EN

Gəncədə 28 yaşlı oğlanı avtomobil vurdu

Gəncədə yol nəqliyyat hadisəsi zamanı piyada xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Hyundai” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1997-ci il təvəllüdlü Q. Qayıbzadəni vurub.

Xəsarət alan piyada dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
0
12
bizim.media

10Sources