EN

BMT İstanbulda mümkün danışıqlara münasibət bildirib

BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, təşkilatın mayın 15-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında təmsil olunub-olunmayacağı ilə bağlı açıqlama verməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.

“Hələlik paylaşacaq heç nə yoxdur”,- deyə o qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün İstanbula gələcək Rusiya nümayəndə heyətinin tərkibində kimin olacağını hələ açıqlamayıb. Rusiyanın danışıqlar qrupunun tərkibi Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə açıqlanacaq.

Chosen
0
50
operativmm.az

10Sources