EN

Gəncədə yaşayış evi yanıb

Gəncə şəhəri, M.Müşfiq küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Operativ Media xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 97kv.m. olan birmərtəbəli evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində dördotaqlı evin yanar konstruksiyaları 60kv.m. sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Chosen
0
9
operativmedia.az

10Sources