Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, M.Müşfiq küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Nazirlikdən hafta.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 97 kv.m. olan birmərtəbəli evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində dördotaqlı evin yanar konstruksiyaları 60kv.m. sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.