EN

Karate millilərimizə yeni məşqçi təyin edilib

Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite millisinin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Bu barədə Bakıvaxtı.az-a AKF-nin mətbuat xidmətindən məlumat verilib.

Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.

Chosen
0
9
bakivaxti.az

9Sources