EN

Rəsmilərdən “Son zəng” öncəsi vacib XƏBƏRDARLIQ

“Agentlik 207 saylı məktəbin direktorunun “Son zəng”lə bağlı pul tələb etməsi kimi neqativ haldan xəbərdardır, bununla bağlı komissiya yaradılıb”.   

News365.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. 

E. Bağırov bildirib ki, məsələ ilə bağlı yoxlamalar aparılıb: “Son zəng” tədbiri ilə bağlı Agentliyin təlimatı var. Həmin təlimata əməl etmək lazımdır. Təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırışlar edirik.

Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib. 

Tədbirlərdə şagirdlərin çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbirin keçirilməsi yolverilməzdir”

Chosen
0
30
news365.az

9Sources