"Real Madrid"in hücumçusu Rodriqo La Liqada "Malyorka" ilə keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
Apasport.az xəbər verir ki, braziliyalı "Barselona" ilə görüşdə ehtiyat oyunçular skamyasında qalıb.
Daha əvvəl futbolçu xəstəlik səbəbindən "Selta" ilə oyunu da buraxmışdı.
Buna görə, Rodriqonun "Malyorka" ilə matçda da meydana çıxmayacağı ehtimal edilir. 24 yaşlı forvardın fiziki durumu yaxşı deyil.
Qeyd edək ki, mayın 14-ü baş tutacaq "Real" - "Malyorka" qarşılaşması Bakı vaxtilə saat 23:30-da başlayacaq.
“Real”ın ulduzu zədələnib
Çempion oldu - KOMANDADAN GÖNDƏRİLDİ
ÇL: Finalı idarə edəcək hakim müəyyənləşib
Karlo Ançelotti Braziliya millisində - RƏSMİ
Amorim çarəsiz qaldı - daha bir müdafiəçi zədələndi