EN

Ronaldonun komandası çempionluq şansını İTİRDİ

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.

Bizim.Media xəbər verir ki, 31-ci turda lider "Əl-İttihad" "Əl-Faiha"nı 3:0 hesabı ilə məğlub edib və xallarının sayını 74-ə çatdırıb.
 

Bununla da, mövsümün sonuna 4 tur qalmış 60 xalı olan "Əl-Nəsr"in liderə çatması mümkünsüz olub.


Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında iki il yarım ərzində (2023-cü ilin yanvarından) heç bir kubok qazana bilməyib. Komanda bu mövsüm ölkə kuboku və Asiya Çempionlar Liqasında da mübarizəni dayandırıb.

Bizim.Media

Chosen
0
6
bizim.media

10Sources