EN

Azərbaycanlı qadın futbolçuların taleyi “Dalğa”da həll olunacaq

Millətlər Liqasının C4 qrupunda Azərbaycan və Litva qadın milliləri arasında növbəti turun oyununun başlama saatı və yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komandalar arasında görüş mayın 30-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək.

Oyuna saat 18:00-da start veriləcək.

Qrupun qalibi B divizionuna yüksələcək.

Qrupdakı hazırkı vəziyyət: Monteneqro, Azərbaycan – hərəyə 5 xal (3 oyun), Litva – 0 (2).

Chosen
0
2
sportinfo.az

10Sources