“Neftçi” ilə “Qarabağ”ın büdcələri açıqlandıqdan sonra müəyyən müqayisələr aparmaq olar.
Bu komandaların büdcəsi, demək olar ki, eynidir. “Qarabağ”da 34 milyon, “Neftçi”də isə 28 milyon manat.
“Qarabağ” “Neftçi”ni azca üstələyir. Amma son 10 ildə əldə edilən nailiyyətləri nəzərə alsaq, fərq çox, çox böyük olmalı idi.
Bir tərəfdə 11 ildir sərasər Avrokubokların qrup mərhələsində oynayan “Qarabağ”, digər tərəfdə isə Azərbaycan çempionatında belə iddialı ola bilməyən “Neftçi”.
Bu onu göstərir ki, eyni büdcəyə sahib klubların birinin uğursuz olması böyük maxinasiyanın xəbərçisidir.
Xüsusən də maaş büdcəsinə nəzər saldıqda.
11 il sərasər Avrokubokların qrup mərhələsində oynayan “Qarabağ”la Azərbaycan çempionatının autsayderi “Neftçi”nin maaş büdcəsi eynidir – 20 milyon manat.
Axı belə olmamalıdır. Məntiqlə “Qarabağ”ın futbolçuları qat-qat artıq məvacib almalıdır. Deməli, məntiq nəyi diktə edir: komandalardan birində şişirdilmiş məvacib verilir. Səviyyəsiz futbolçuları gətirib onlara yüksək ödəniş edirlər. Sizcə, bu klub hansıdır? Maxinasiya göz önündədir.//publika.az