AZ

Emin Mahmudov: Neftçi"nin adına layiqli oyun göstərməliyik

TOVUZ, 10 may. TELEQRAF

"Tovuz səfəri hər zaman çətin keçir. Onların standart vəziyyətləri təhlükəli olur. Bizə böyük problemlər yaratdılar və qol da vurdular. Çalışırdıq ki, daha çox top saxlayaq. Düzdür, top itkilərimiz də çox oldu".

Teleqraf xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı yarımmüdafiəçinin "Turan Tovuz"un cari mövsümdə "Neftçi"ni məğlub edə bilməməsinə münasibəti belə olub: "Bizim problemimiz böyükdür. Cari mövsüm uğursuz oldu. Bizi nəyə görə uda bilmədiklərini bilmirəm, amma çalışmalıyıq ki, daha da yaxşı olaq".

O, komandanın turnir cədvəlində iddiasının qalmaması səbəbindən oyunlara motivasiyasız çıxdığını etiraf edib: "Bu oyunda da motivasiyamızı itirmişdik. Növbəti matçlarda "Neftçi" adına layiqli oyun göstərməyə çalışmalıyıq".

Mahmudov "Neftçi"nin yüksək maliyyə ilə uğur qazana bilməməsinin sadə səbəbini açıqlayıb: "Pis oynadıq, yaxşı nəticələrimiz olmadı. Bu qədər".

Keçmiş kapitan "Neftçi" ilə müqaviləsinin avtomatik bir illik artırılmasının klub rəhbərliyinin qərarından asılı olduğunu söyləyib: "Bu barədə klub qərar verməlidir. Artırılma avtomatikdir".

Mahmudov "Qarabağ" və "Sabah" arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununa baxmayacağını vurğulayıb: "Sabah"a yarımfinalda uduzduğumuz matçdan sonra final oyununa baxmayacağıma qərar verdim".

O, "flaqman"ın azarkeşləri ilə bağlı isə bunu deyib: "Daha yaxşı nəticələr əldə edərək onları sevindirməliyik. İnanıram ki, gələn mövsüm bunu edə biləcəyik".

Seçilən
0
50
teleqraf.com

10Mənbələr