Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlbolunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədəhəftəlik məlumat (05.05.2025 - 11.05.2025) açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)Trend-ə verilənməlumata görə, 45 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 274Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 315.7 hektar ərazi mina və PHS-lərdəntəmizlənib.