Ötən gün ölkə ərazisində baş verən qeyri-sabit hava şəraiti Ağdam rayonunda bir sıra təsərrüfatlara ciddi ziyan vurub.
Bizim.Media xəbər verir ki, rayonun Ergi Düzü adlanan ərazidə baş vermiş qasırğa və dolu yağışı nəticəsində tikililərə, minik maşınlarına, habelə kənd təsərrüfatı texnikasına ziyan dəyib.
Belə ki, yüzlərlə hektar dənli bitki və tərəvəz eləcə də bostan sahələrinə də ciddi ziyan dəyib.
Qeyd edək ki, sözügedən ərazidə keçmiş məcburi köçkünlər məskunlaşıb. Burada həmçinin elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
Bizim.Media