
Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Reyting.az Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq, Qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.