EN

“Minlərlə gənc kikboksçu vətənpərvər ruhda böyüyür” - Azər Aslanov

Azərbaycan Kikboksçularının daxildə və xaricdə beynəlxalq uğurları gənc kikboksçular üçün stimuldur. 

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

“Bu həm də Azərbaycan Kikboksinq Federasiyasında dinamiklikdən və sistemli fəaliyyətdən xəbər verir. Klublarımızın birgə təlim-məşq toplanışları uğurlu şəkildə davam edir. Minlərlə gənc kikboksçu sağlam və vətənpərvər ruhda böyüyürlər. Bu eyni zamanda gələcəyimiz üçün böyük yatırımdır. Ən əsad odur ki, gənclərimiz pis vərdişlərdən uzaq dururlar və həyatlarını sağlam ideyalar üzərində qururlar. Xüsusilə, dövlət tərəfindən kikboksçulara olan diqqət və qayğı onlara böyük mənəvi-psixoloji üstünlük yaradır”,-deyə A. Aslanov qeyd edib.

Chosen
0
news365.az

1Sources