EN

Volodimir Zelenski İstanbula gedəcəkmi? – “Axios” nəşri bu sualın cavabını tapıb

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, o, Rusiya lideri Vladimir Putinlə görüşmək üçün cümə axşamı Türkiyəyə gedərək müharibəni bitirmək üçün “diplomatiya üçün lazımi əsasları” müzakirə edəcək.

Eyni zamanda o, Rusiyanın 30 günlük atəşkəslə razılaşacağına ümid etdiyini bildirib.
“Axios” nəşri ukraynalı rəsmiyə istinadən yazır ki, səfər atəşkəs olmasa belə, baş tutacaq. Nəşr xatırladır ki, şənbə günü Zelenski və bir sıra NATO ölkəsinin liderləri Trampla telefonla danışıb və bazar ertəsindən başlayaraq qeyd-şərtsiz 30 günlük atəşkəsə hazır olduqlarını vurğulayıblar. Söhbət zamanı onlar Trampa bildiriblər ki, atəşkəs razılaşması əldə olunarsa, Ukrayna Rusiya ilə birbaşa sülh danışıqlarına başlamağa hazırdır.

Putin həmin gün axşam saatlarında şərtlərə cavab verib və və atəşkəs təklifini qəbul etməsə də, cümə axşamı Ukrayna ilə birbaşa danışıqlara başlamağa hazır olduğunu bildirib. Tramp Ukrayna prezidentini bu şərtləri qəbul etməyə çağırıb. O vurğulayıb ki, Ukrayna bu danışıqlarda iştirak etsə, razılaşmanın mümkün olub-olmadığını müəyyən edə biləcək. Əks halda, Avropa və ABŞ vəziyyətin necə olduğunu biləcək və buna uyğun reaksiya verəcək, – deyə o əlavə edib.

Nəşrin xatırlatdığı kimi, əgər görüş baş tutsa, bu, Rusiyanın Ukraynada müharibəsinin başlamasından sonra iki lider arasında ilk görüş olacaq. “Ukraynalı bir rəsmi bildirib ki, Rusiya bazar ertəsi atəşkəsə başlamağa razı olmasa belə, Zelenski cümə axşamı Türkiyədə olacaq”, – “Axios” yazır.

//Samir Qurbanov, Editor.az

Chosen
0
2
editor.az

2Sources